Yaponiyanın baş naziri Fumio Kişida maaşından əlavə Yeni ilə qədər 3,9 milyon yendən çox (təxminən 27,4 min dollar) mükafat alacaq.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu qərar dövlət qulluqçularına ödənişləri tənzimləyən xüsusi strukturun tövsiyələrinə uyğun olaraq qəbul edilib.
Onlara ildə iki dəfə - yayda və Yeni ildən əvvəl bonuslar verilir. İyun ayında Yaponiyanın baş naziri artıq eyni məbləğdə - 3,9 milyon yendən çox bonuslar alıb.
Məlumata görə, hazırda ölkədə dövlət qulluqçusu üçün orta hesabla Yeni il mükafatı 674 min yen (4,7 min dollardan bir qədər çox) təşkil edir. Yaponiyada nazirlik və digər dövlət idarələrinin əməkdaşları öz hüquqlarını müdafiə etmək üçün tətil etmək hüququndan məhrum ediliblər. Buna görə də xüsusi orqan parlamentin qərarı ilə onların maaşlarını özəl sektor işçilərinə ödənişlərdə dəyişikliklərə uyğun gələn orta əmsala uyğun olaraq mütəmadi olaraq dəyişir.