Avropa İttifaqı Fələstinin HƏMAS radikal hərəkatının hərbi komandanlığının iki nümayəndəsinə qarşı sanksiya tətbiq edib.

"Unikal" xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının saytı məlumat yayıb.

“Şura iki şəxsi Aİ-nin terrorçu siyahısına daxil etmək qərarına gəlib. Bu qərar Avropa İttifaqının HƏMAS-ın yaratdığı təhlükəyə və onun 2023-cü il oktyabrın 7-də İsraildə törətdiyi qəddar və ayrı-seçkilik etmədən törətdiyi terror aktlarına cavabının bir hissəsidir”, - deyə məlumatda bildirilir.

Sanksiyalar HƏMAS-ın hərbi qanadının baş komandanı Məhəmməd Deif və HƏMAS-ın hərbi qanadının komandir müavini Mərvan İsanı da əhatə edib.