"Problem indi israillilər və fələstinliləri aşır. Ona görə də region dövlətləri problemi qəbul etməli və öz məsuliyyətlərini bilərək hərəkət etməlidirlər".

"Unikal" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Fidan deyib.

Problemin həlli üçün beynəlxalq ictimaiyyətə və region dövlətlərinə müraciət edən nazir Fidan hazırda vəziyyətin israilliləri və fələstinliləri ötüb keçdiyini, bölgə dövlətlərinin problemi qəbul etməli və məsuliyyətlərini bilərək hərəkət etməli olduqlarını bildirib.