Ukraynaya yardım Almaniya üçün maliyyə problemidir, lakin Berlin bunu mütləq davam etdirəcək.
"Unikal" xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.
"Biz Ukraynanı dəstəkləməyə davam edirik. Biz bunu maliyyə resursları və silah tədarükü ilə edirik. Və təbii ki, bu da bizim üçün böyük maliyyə problemidir", - o, Almaniyanın Sosial Demokrat Partiyasının qurultayında çıxışı zamanı qeyd edib.
Kanslerin fikrincə, Moskva Qərbin “səylərini ləngitəcəyini” güman etməməlidir. O, həmçinin Ukraynadakı münaqişənin tez bitməyəcəyini, ona görə də müttəfiqlərin “bu il, gələn il və ondan sonra” Kiyevə yardım göstərməli olduğu fikrini ifadə edib.