Tailandın "Buriram Yunayted" klubunun futbolçusu Ramil Şeydayev cəzalandırılıb.
"Unikal" xəbər verir ki, Asiya Futbol Konfederasiyasının qərarı ilə o, 8 oyun diskvalifikasiya olunub.
Buna Şeydayevin Asiya Çempionlar Liqasının qrup mərhələsində Çinin "Çyoçyan" komandası ilə görüşdən sonra kütləvi davada iştirakı səbəb olub. Onunla yanaşı, "Buriram Yunayted"in daha 2 oyunçusu cəzaya məruz qalıb.
Hər 3 futbolçu dekabrın 12-də Asiya Çempionlar Liqasında Yaponiyanın "Kofu" komandası ilə görüşdə meydanda ola bilməyəcək.