Qusarda avtobus qəzasında xəsarət alanların vəziyyəti stabil olaraq qiymətləndirilir. 

"Unikal" xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib. 

Qəza nəticəsində xəsarət alan 6 nəfər (1 kişi, 5 qadın olmaqla) Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəsarət alanlardan birinin (qadın cinsli) vəziyyəti orta ağır, digərlərinin vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində pasiyentlərə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

"Qusar-Xurel marşrutu üzrə hərəkət edən sərnişin avtobusunun qəzaya uğraması ilə əlaqədar Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub. Təcili tibbi yardım briqadaları dərhal hadisə yerinə cəlb olunub", -  deyə TƏBİB-in açıqlamasında qeyd edilib. 
 

*** 17:32

Qusarda sərnişin daşıyan mikroavtobus dərəyə aşıb.

"Unikal" xəbər verir ki, qəza zamanı mikroavtobusda 15 nəfər olub. Onlardan 6 nəfər - Liana Mikayılova, Lamunat Bədəlova, Milyanə Şıxzadayeva, Ruslan Əmiraslanov, Aksana Beydiyeva və Aysel Cavadova xəsarət alıb.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.