Sonuncu "Chrysler 300C" sedanı Kanadanın Brampton zavodunda istehsal xəttindən çıxarılıb.

"Unikal" xəbər verir ki, bu barədə “Stellantis” konserni məlumat yayıb .

Modelin istehsalının başa çatması şərəfinə "Chrysler" 485 at gücü hasil edən 6,4 litrlik Hemi V8 mühərriki ilə məhdud sayda 300C buraxıb, tirajı 2,2 min avtomobil təşkil edib. Bu sedan 96 km/saat həddinə 4,3 saniyəyə sürətlənir və dörddə bir mil məsafəni 12,4 saniyəyə qət edə bilir. Bütün avtomobillər 12 saata rezervasiya olunur.

Birinci nəsil "Chrysler 300" (bazardan asılı olaraq 300C) 2005-ci ildə debüt edib; ikinci və ən son nəsil sedanlar 2011-ci ildən istehsal olunur. Əsas versiyanın qiyməti 36 min dollardır. 300C istehsalı başa çatdıqdan sonra ABŞ- da "Chrysler" xəttində qalan yeganə model Pacifica mikroavtobusu oldu (38 min dollar).