Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası Ukraynanın Rusiya tərəfindən işğal olunmuş vilayətlərində 2024-cü ilin martında prezident seçkilərinin keçirilməsi ilə bağlı qərar qəbul edib.

"Unikal" xəbər verir ki, bu qərar komitə üzvləri tərəfindən yekdilliklə qəbul edilib.

“Qətnamə Rusiya Federasiyasının Prezidentinə və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasına göndərilsin”, - qərarda deyilir.

MSK Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində səsvermə ilə bağlı Rusiyanın Müdafiə Nazirliyi və FSB, eləcə də yerli hakimiyyət orqanları ilə məsləhətləşmələr apardığını iddia edir. 

Moskva ötən ilin oktyabrında orada hərbi vəziyyət elan edib.

Ötən həftə Rusiyada prezident seçkilərinin 2024-cü il martın 15-dən 17-dək keçirilməsinə qərar verilib. 

Onlayn səsverməyə yalnız artıq həyata keçirilən marzalarda icazə veriləcək. Uzaqdan səs vermək mümkün olmayacaq.