Danimarkanın Moskvadakı səfiri Yakob Henningsen xarici şirkətlərin Rusiyadakı fəaliyyəti ilə bağlı ölkə mətbuatında yayılan təxribat xarakterli bəyanatlara görə Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya diplomatik departamentinin məlumatında deyilir.

Səfirə bildirilib ki, Danimarkanın rəsmi nümayəndəsinin Rusiya iqtisadiyyatına və hüquqi bazasına dair dəyəndirmələri ehtiva edən bəyanatları qəbuledilməzdir və Kopenhagen tərəfindən Rusiyanın daxili işlərinə müdaxilə ilə sərhəddir.

“Rusiyadakı xarici şirkətlərin, o cümlədən Danimarka şirkətlərinin işinə əsas zərər Aİ və ABŞ-nin anti-Rusiya sanksiyaları ilə bağlıdır”, - deyə bəyanatda vurğulanıb.