Türkiyə Böyük Millət Məclisində büdcə müzakirələri zamanı çıxış edən Səadət Partiyası Kocaeli millət vəkili Hasan Bitmezin halı pisləşib. 

"Unikal" xəbər verir ki, deputat çıxış edərkən huşunu itirib və yerə yıxılıb. Deputata ilkin tibbi yardım göstərilib.

Məlum olub ki, millət vəkili yıxılarkən başı mərmərə dəyib. İlkin tibbi yardımdan sonra Hasan Bitmez xəstəxanaya aparılıb.

Gülayə Mecid