Hindistanda gənc xanım nişanlısının ailəsinin yüksək cehiz tələblərini ödəyə bilmədiyi üçün intihar edib.

"Unikal" xəbər verir ki,  dostları 28 yaşlı Şahanə adlı həkimi yataqxana otağında hərəkətsiz vəziyyətdə tapıblar.

Onun yüksək dozada narkoz aldıqdan sonra dünyasını dəyişdiyi müəyyən edilib. Gənc qızın ailəsi onun ölümünə görə məsuliyyət daşıyan həkim və ailəsinə qarşı cinayət işi qaldırıb.