NATO hərbi büdcəsini 2,03 milyard avroya çatdıracaq.

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" agentliyi yazıb. 

Bunun 2023-cü illə müqayisədə 12 faiz çox olduğu bildirilib: "Alyansın ümumi maliyyə vəsaitindən istifadənin artırılması və genişləndirilməsi müttəfiqlərə ümumi təhlükəsizlik problemlərini daha effektiv həll etməyə imkan verir. 

Bundan əlavə, mülki büdcə 18,2 faiz artaraq 438,1 milyon avroya çatacaq.

Ağarza Elçinoğlu