Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı son rəqəmləri açıqlayıb.

Bu barədə "Unikal"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda 164, “Biləsuvar” gömrük postunda 70, “Qırmızı Körpü” gömrük postunda 1103, “Mazımqara” gömrük postunda 27, “Samur” gömrük postunda 47 və “Xanoba” gömrük postunda 10 yük maşını var.