Postsovet məkanının parçalanması NATO ölkələrinin kəşfiyyat ictimaiyyətinin əsas vəzifələrindən biridir. Qərb region dövlətlərinin mehriban qonşuluq münasibətlərinə “paz vurmaq” istəyir.
"Unikal" xəbər verir ki, bu fikri Belarus Prezidenti Aleksandr Lukaşenko MDB-yə üzv ölkələrin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin 19-cu iclasında çıxışı zamanı deyib.
"NATO kəşfiyyat ictimaiyyətinin və onların müttəfiqlərinin əsas vəzifələrindən biri postsovet məkanının parçalanmasıdır. Onlar əvvəlcə bizim çoxəsrlik mehriban qonşuluq münasibətlərimizə zərbə vurmaq, sonra isə onları bir-birinə qarşı qoymaq istəyirlər”, - Belarus prezidenti bildirib.
Gülayə Mecid