“Fənərbağça” basketbol komandasının yeni baş məşqçisi müəyyənləşib.

"Unikal"  klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin sükanı arxasına Şarunas Yasikyaviçyus gətirilib.

Litvalı mütəxəssis bu vəzifədə yunanıstanlı Dimitris İtudisi əvəzləyib. 47 yaşlı çalışdırıcı ilə 2025-2026-cı illər mövsümünün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, Şarunas Yasikyaviçyusun son klubu İspaniya “Barselona”sı olub.