Bakıda ofisdən oğurluq olub.

DİN-dən "Unikal"a verilən məlumata görə, Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 13-nə keçən gecə rayon ərazisində yerləşən ofislərin birindən 3 ədəd notbuk və 2 mobil telefon oğurlamaqda şübhəli bilinən Sabirabad rayon sakini R.İmanov saxlanılıb. Araşdırma aparılır.