Payız əkin planına uyğun olaraq ölkənin bütün regionlarının meşə fondu torpaqlarında Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən meşəbərpa tədbirləri davam edib və son 5 gün ərzində meşə ərazilərində 286 840 ağac tingi əkilib, 5 tondan artıq toxum səpilib.

"Unikal" xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov bildirib.

O qeyd edib ki, payız əkin mövsümü  çərçivəsində  keçirilən meşəbərpa tədbirləri bu gün Lənkəran, Lerik, Astara, Beyləqan, Ağcabədi, İmişli, Şəki, Qax, Zaqatala, Balakən, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şabran, Xızı, Siyəzən, Xaçmaz, Quba, Ağdaş, Bərdə, Goranboy, Göygöl, Tovuz, Ağstafa, Gədəbəy, Samux, Hacıqabul, Sabirabad, Qobustan rayonlarının açıq və seyrək meşə fondu torpaqlarında aparılıb və gün ərzində sözügedən rayonların meşə ərazilərində hər bölgənin iqlim şəraitinə uyğun 30 370 ağac tingi əkilib, 500 kiloqramdan artıq toxum səpilib.