Əməkdar artist, Gülarə Əliyeva adına "Dan ulduzu" ansamblının ilk skripka ifaçısı Esmira Babayeva vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə onun bacısı Nüşabə Babayeva-Vəkilova bildirib. 

Qeyd edək ki, Esmira Babayeva Əməkdar incəsənət xadimi, görkəmli bəstəkar Mobil Babayevin və Vaqif Səmədoğlunun xanımı Nüşabə Babayeva-Vəkilovanın bacısıdır.

Mobil Babayev ötən ay dünyasını dəyişib.