Məşğullluq üçün aldığı inək 12 gün sonra tələf olub.

"Unikal" Xezerxeber.az-a istinadən xəbər verir ki, Zərdab rayon Qoruqbağı kənd sakini Amil Məmmədov özünüməşğulluq proqramından yararlanmaq üçün müraciət edən yüzlərlə sakindən biridir. O, 2021-ci ilin noyabrında müraciət edərək öz növbəsini gözləyib. Proqramın qaydalarına uyğun olaraq Amil Məmmədova iki ilin tamamında 3 baş inək verilib. Təsərrüfat sahibinin sözlərinə görə, inəkləri gətirən gündən bir başının xəstə olması ilə bağlı aidiyyatı üzrə məlumat verib.

Təsərrüfat sahibinin sözlərinə görə, inəklərə baxış keçirən baytar həkim inəyin yem nəticəsində tələf olduğunu deyir.

Məsələyə Dövlət Məşğulluq Agentliyi də münasibət bildirib.