Azad olunmuş əraziləri əhatə edən 9 seçki dairəsində 26 seçki məntəqəsinin yaradılması təmin ediləcək. 

"Unikal" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov deyib.

O MSK-nın bu gün keçirilən iclasında bildirib ki, azad edilmiş ərazilərdə quruculuq işləri ilə məşğul olan böyük mütəxəsis ordusu var: "Bizim də onların qarşısında vəzifəmiz onların səsverməsini təmin etməkdir. Artıq azad edilmiş ərazilərdə müəyyən şərait aydınlaşıb. Uzun müddətdir bununla bağlı iş aparırdıq. İlkin rəqəmlərə görə azad olunmuş əraziləri əhatə edən 9 seçki dairəsində 26 seçki məntəqəsinin yaradılması təmin ediləcək. Yaxın günlərdə DSK-lar bununla bağlı qərar verəcək".

R.Qasımov həmçinin bildirib ki, Xankəndi, Xocalı, Əsgəran və Ağdərədə də seçki məntəqələri yaradılacaq.