Qəhrəman şəhidimiz Abbaslı Elgin Ağayar oğlunun qızı Nəzrinin doğum günü Sumqayıt Bələdiyyəsində qeyd olunub.

"Unikal" xəbər verir ki,  4 yaşını qeyd edən Nəzrinə Sumqayıt Bələdiyyəsinin kollektivi adından hədiyyələr təqdim edilib.  

Görüşdə Sumqayıt Bələdiyyəsinin sədri vəzifəsini icra edən Orxan Adıgözəlzadə döyüş yoldaşı, şəhid Elgin Abbaslının qəhrəmanlıqlarından, birgə keçdiyi döyüş yolundan danışıb.