Suriya ərazisində yerləşən ABŞ-ın iki hərbi bazasında silsilə partlayışlar baş verib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, Suriyanın şimal-şərqindəki Əz-Həsəkə şəhərindəki Əl-Zəxriyə hava limanındakı Amerika bazası raket atəşinə məruz qalıb. 

Həmçinin, ABŞ-ın Deyr əz-Zor əyalətindəki Ömər neft yatağındakı bazası da atəşə tutulub.