Diaqnoz Tibb Mərkəzinin Qastroenterologiya şöbəsinin müdiri Rəfael Həsənov Özbəkistan Respublikasının Namangan vilayətində keçirilən Azərbaycan-Özbəkistan Tibb Günləri çərçivəsində özbək həkimlərlə öz bilik və təcrübəsini paylaşıb.

Bu barədə Unikal.az-a Diaqnoz Tibb Mərkəzindən verilib.
 
Azərbaycan və Özbəkistan səhiyyə nazirlərinin rəhbərliyi və iştirakı ilə həyata keçirilən silsilə tədbirlər planı çərçivəsində Namangan Dövlət Universitetində Azərbaycanın tanınmış 10 mütəxəssisindən ibarət komanda tərəfindən elmi məruzələr edilib. Həmçinin Azərbaycan-Özbəkistan Tibb Günləri çərçivəsidə təşkil edilmiş ustad dərsləri zamanı əməliyyatlar icra olunub.