Azərbaycan və İran arasında Rəşt - Astara dəmir yolu dəhlizinin tikintisi ay yarımdan sonra başlayacaq.

"Unikal" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın yol və şəhərsalma nazirinin müavini Şəhriyar Əfəndizadə məlumat verib.

“Əldə olunan razılaşmaya əsasən, biz bu layihəni 2024-cü ilin əvvəlindən, təxminən ay yarımdan sonra həyata keçirməyə başlayacağımıza ümid edirik",- deyə o bildirib. 

Əfəndizadə onu da qeyd edib ki, Rəşt-Astara dəmir yolunun 162 kilometrlik hissəsi hazırda İslam Respublikasında ən mühüm dəmir yolu layihəsidir.

Mayın 17-də Rusiya və İran “Şimal-Cənub” layihəsi çərçivəsində Azərbaycan və İran arasında Fars körfəzi limanlarına keçidi təmin edəcək Rəşt-Astara avtomobil yolunun birgə tikintisinə dair saziş imzalayıblar. Layihənin ümumi dəyəri 1,6 milyard avrodur.

Dəhlizin tikintisinə 1,3 milyard avro məbləğində dövlətlərarası kredit ayrılacaq.