Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri gündəmdədir, lakin hələlik dəqiq tarix yoxdur.
"Unikal" "İnterfaks"a istinadən xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Səfər gündəmdədir. Lakin tarix bilinmir”, - Peskov jurnalistlərin sualını cavablandırarkən deyib.
O, Rusiya tərəfinin türk tərəfdaşları ilə təmasda olduğunu vurğulayıb: “Ancaq hələlik dəqiq tarix yoxdur. Bu, iki prezidentin iş qrafikinin razılaşdırılması məsələsidir”.