Məşhur gürcü kinorejissoru Otar İoseliani 89 yaşında, 90 illik yubileyinə iki ay qalmış Tbilisidə vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə "İmedi" televiziyası məlumat yayıb. 

İoseliani 1980-ci illərdə Fransada rejissor kimi fəaliyyət göstərib.

1966-cı ildə İoselianinin tammetrajlı debüt filmi "Düşən yarpaqlar" (gürcü dilində - "Giorqob ayı") Kann Film Festivalında mükafat alıb. 

1984, 1989, 1996-cı illərdə üç dəfə İoseliani Venesiya Film Festivalında münsiflər heyətinin xüsusi mükafatını qazanıb. 

2015-ci ildə rejissorun son filmi “Qış mahnısı” ekranlara çıxıb.