Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA), Qəzzada 45 min hamilə və 68 min süd verən qadının anemiya, qanaxma və ölüm riski altında olduğunu bildirib. Riskin Qəzzada yaşanan ərzaq böhranının səbəb olduğu açıqlanıb.

"Unikal" xəbər verir ki, UNFPA-nın X sosial media platformasında edilən paylaşımda Qəzzada 45 min hamilə və 68 min süd verən qadının qida böhranı yaşadığı bildirilib.

Açıqlamada qeyd olunub ki, Qəzzada baş verən böyük qida böhranı səbəbilə hamilə və əmizdirən qadınların qan azlığı, hamiləlik zəhərlənməsi, qanaxma və hətta ölüm riski var.

Bəyanatda həmçinin qeyd olunub ki, Qəzza xalqına ərzaq və yardım çatdırmağın yeganə yolu dərhal atəşkəs əldə etməkdir.

İsrail oktyabrın 7-də baş verən hücumlarda 1200 israillinin öldüyünü, 5132 nəfərin yaralandığını açıqlayıb.

İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda ən azı 8 mini uşaq, 6 min 200-ü qadın olmaqla 18 min 800 fələstinli həyatını itirib. Dağıntılar altında minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxanalar və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur məhv edilir.

İsrail ordusu Qəzza zolağına hücumların başladığı 7 oktyabrdan bu yana 121-i quru işğalı prosesində olmaqla 453 əsgərinin öldürüldüyünü açıqlayıb.

Noyabrın 24-də 4 günlük, daha sonra isə daha 3 gün uzadılan münaqişəyə “humanitar pauza” əlavə edilib. 81 israilli və 240 fələstinli məhbus qarşılıqlı azadlığa buraxılıb. Digər tərəfdən, İsrail minlərlə fələstinlini saxlamağa və həbs etməyə davam etdi.

İşğal altındakı İordan çayının qərb sahili və Qüdsdə İsrail qüvvələrinin və qeyri-qanuni yəhudi məskunlaşanların hücumları nəticəsində 297 fələstinli həyatını itirib.

İsrail ordusu ilə Livanda Hizbullah arasında sərhəddə baş verən qarşıdurmada 24 livanlı mülki vətəndaş, 108 Hizbullah üzvü, 5 İsrail vətəndaşı və 6 İsrail əsgəri həlak olub.

Qəzzada silah gücü ilə blokada altında didərgin düşən 1,9 milyon fələstinli sığınacaq, qida, təmiz su, dərman və səhiyyə xidmətləri olmadan həyatda qalmaq üçün mübarizə aparır.