Fransa Xarici İşlər Naziri Ketrin Kolonna, İsrailə səfər edib.  
"Unikal"
xəbər verir ki, Kolonna, qalıcı atəşkəsi bərqərar etməli olduqlarını bildirib.

"Çox sayda mülki şəxslər öldürüldü. İlk atəşkəs girovların azad edilməsinə və humanitar yardımın paylanmasına imkan yaradıb" -deyə Kolonna deyib.
Onun israilli həmkarı Koen isə “Həmas yalnız hərbi təzyiq sayəsində girovları azad etməyə razılaşıb və onların məsuliyyətsiz atəşkəs çağırışı səhvdir” deyə cavab verib.