Rusiya Ukraynadakı bütün cəbhə xətti boyunca hücumları gücləndirib.

"Unikal" xəbər verir ki, bu barədə Almaniyanın BILD-nin hərbi eksperti Julian Repke məlumat verib.

Xarkov vilayətində Rusiya Silahlı Qüvvələri Oskol çayına çatmaq ümidi ilə Kupyansk üzərindən irəliləməyə çalışır. Bir neçə gün əvvəl 10 rus tankı və zirehli transportyordan ibarət karvan Sinkovka kəndinə doğru hərəkət etsə də, dayandırılıb.

Xerson vilayətində rus qoşunları yenidən Krinki kəndi yaxınlığındakı körpüdə zirehli texnika ilə Ukrayna silahlı qüvvələrinə hücum etməyə cəhd ediblər, lakin nəticəsiz qalıb.

Zaporojye vilayətində Rusiya silahlı qüvvələri bu yay Ukraynanın əks-hücum əməliyyatı zamanı azad edilmiş əraziləri geri almağa çalışır.

Donetsk vilayətində Rusiya silahlı qüvvələri Avdeyevka uğrunda döyüşləri davam etdirir. Ruslar bir neçə Ukrayna mövqelərini ələ keçirə biliblər.