Zakarpat vilayətinin məhkəməsi dekabrın 15-də Keretskovski kənd şurasının iclası zamanı üç qumbara partladan yerli deputat Sergey Batrinin barəsində həbs qətimkan tədbiri seçib.

"Unikal" xəbər verir ki, bu barədə Ujqorod rayon məhkəməsinin səhifəsində deyilir: “Keretskovski kənd sovetinin hazırkı deputatı olan 54 yaşlı Ukrayna vətəndaşı barəsində girov imkanı olmadan həbs qətimkan tədbiri seçilib”. 

Məhkəmə qeyd edib ki, deputat və vəkilləri prokurorun şübhəlinin həbs olunması ilə bağlı vəsatətinə etiraz etməyiblər.

15 dekabr Sergey Batrin - "Xalqın xidmətçisi" prezidentyönlü partiyadan deputat - kənd sovetinin iclasına gələrək cibindən 2 ədəd RQD-5 qumbarası və 1 ədəd F-1 qumbarasını çıxararaq işə salıb. Partlayışlar nəticəsində 23 nəfər, o cümlədən şübhəli şəxs yaralanıb: 16 kişi və 7 qadın. Onlar müxtəlif dərəcəli xəsarətlər alıb, əksəriyyəti qəlpə yaraları olub. Zərərçəkənlərdən biri daha sonra aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Müstəntiqlər deputatın iqamətgahında axtarış aparıb və orada intihar məktubu aşkar ediblər. Dekabrın 16-da o, özünə gəlib, sonra Ukrayna Təhlükəsizlik Xidməti onu terrorizmdə ittiham edib.