Haqq Ədalət Partiyasının Mərkəzi Qərargahında partiyanın İdarə Heyətinin geniş tərkibdə iclası keçirilib.

"Unikal"ın məlumatına görə, HƏP sədri Əli İnsanov bildirib ki, İlham Əliyevin növbədənkənar Prezident seçkilərində namizədliyi barədə YAP-ın qəbul etdiyi qərarı dəstəkləyirlər.

İclasın sonunda Haqq Ədalət Partiyası adından 2024-cü il fevralın 7-də keçiriləcək Prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi barədə yekdilliklə qərar və bəyanat qəbul edilib.

***12:21

Azərbaycan Ümid Partiyası növbədənkənar Prezident seçkiləri ilə bağlı qərarını açıqlayıb. 

"Unikal" xəbər verir ki, partiya Prezident seçkilərində hazırki Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir və bunu ölkəmiz, xalqımız adına ən doğru qərar hesab edir.