Vətən müharibəsi qazisi Orxan Quliyev vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Qeyd olunub ki, 24 yaşlı qazi ötən gün axşam saatlarında dünyasını dəyişib, bu gün torpağa tapşırılacaq.

Qeyd edək ki, Sabirabad rayonunun Azadkənd kənd sakini Orxan Cümşüd oğlu Quliyev Vətən müharibəsində bir ayağını itirib. O, Ağdamda gedən döyüşlər zamanı ayağından qəlpə yarası alaraq Bakıda hospitala yerləşdirilib və əməliyyat olunub, amma sağalaraq 14 gündən sonra təkrar döyüşlərə qatılıb. Müharibədən sonra isə ayağındakı şiş səbəbilə yatağa məhkum olub. O, sağ baldırında olan şiş toxumasının böyüməsi səbəbindən bu il aprelin 18-də Milli Onkologiya Mərkəzində əməliyyat olunub və ayağı amputasiya edilib.