Bakıda taksilərin 60 faizinin yaşı 15 ildən çoxdur.

"Unikal" xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə heyətinin sədri Anar Rzayev Azərbaycanda mobilliyin transformasiyası proqramının təqdimatı zamanı deyib.

O bildirib ki, Bakıda yaşı 5 ilə qədər olan taksilər 7 faiz təşkil edir: “Hazırda paytaxtda yaşı 5-10 il olan taksilər 10 faiz, 10-15 il olanlar isə 21 faiz təşkil edir”.

“Yaşı 15-20 il olan taksilər 42 faiz, yaşı 20 ildən çox olan taksilər isə 20 faiz təşkil edir”, - deyə o əlavə edib.