İşğaldan azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) icra olunan əməliyyatlar barədə həftəlik məlumatında deyilir.

Məlumata görə, ötən həftə - 11-17 dekabr tarixlərində 17 tank əleyhinə mina, 22 piyada əleyhinə mina, 234 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 326.6 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.