Avropa İttifaqından (Aİ) kənarda olan 11 ölkə Avropa Şurasının Avropa "Maqnitski siyahısı"nı bir il müddətinə uzatmaq qərarına qoşulub; Ermənistan və Azərbaycan da bu ölkələr sırasındadır.
"Unikal" xəbər verir ki, bu barədə bəyanatda Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel bildirib.
"Şura mövcud məhdudlaşdırıcı tədbirləri daha on iki ay müddətinə, 8 dekabr 2024-cü il tarixinədək yenilədi və məhdudlaşdırıcı tədbirlərə məruz qalan şəxslərin və qurumların siyahısına dəyişiklik etdi .
“Namizəd ölkələr Şimali Makedoniya, Monteneqro, Albaniya, Ukrayna, Moldova Respublikası və Bosniya və Herseqovina, həmçinin Avropa İqtisadi Birliyinin üzvü olan EFTA ölkələri İslandiya, Lixtenşteyn və Norveç, eləcə də Ermənistan və Azərbaycan bununla həmrəydirlər" -Şuranın Qərarında deyilir.
“Onlar öz milli siyasətlərinin Şuranın bu Qərarına uyğun olmasını təmin edəcəklər.
“Avropa İttifaqı bu öhdəliyi qeyd edir və onu alqışlayır" sözügedən bəyanatda qismən deyilir.