Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh prosesinin qəsdən ləngidiyini istisna etməyib.
"Unikal" xəbər verir k, baş nazirin sözlərinə görə, Ermənistan hakimiyyəti artıq razılaşdırılmış üç prinsip əsasında sülh gündəliyinə sadiq qalır.
O, bu barədə Ermənistan Xarici İşlər Nazirliyində qarşıdan gələn bayramlar - Yeni il və Milad bayramları münasibətilə keçirilən qəbulda çıxışı zamanı bildirib.
Qeyd olunur ki, tədbirdə Ermənistanın digər ölkələrdəki diplomatik nümayəndələri, Ermənistan XİN-in mərkəzi aparatının əməkdaşları, eləcə də xarici ölkələrin səfirləri və diplomatları iştirak ediblər.
Paşinyan çıxışı zamanı vurğulayıb ki, sülh gündəmi hökumət üçün prioritet olmaqda davam edir.
“Biz, əvvəllər dəfələrlə qeyd etdiyimiz kimi, artıq razılaşdırılmış üç prinsipə əsaslanan sülh gündəliyinə sadiq qalırıq. Ümid edirik ki, son vaxtlar regionda və region ölkələrində baş verən hadisələr sülh prosesinin qəsdən ləngidiyini göstərməyəcək. Təbii ki, bu cür fikirlər daha çox əsaslandırılarsa, o zaman çox dərin narahatlıq doğurmalıdır”, - Paşinyan qeyd edib.