Müsavat başqanı Arif Hacılının oğlu Orxan Hacılı azadlığa buraxılıb.
"Unikal" xəbər verir ki, bu barədə Arif Hacılı bildirib. Məlumata görə, bu gün Yasamal rayon Məhkəməsində Orxan Hacılının ev dustaqlığına buraxılması ilə bağlı vəsatətləri təmin edilib.
Qeyd edək ki, Yasamal rayon Polis İdarəsində Orxan Hacılı barəsində Cinayət Məcəlləsinin 263.1 (nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər dəydikdə) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb. Yasamal rayon Məhkəməsi Orxan Hacılı barəsində 2 aylıq həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.