"Azərbaycanda yol-nəqliyyat hadisələrindən sonra ikinci yerdə qadınların öldürülməsi gəlir. Hər gün mətbuatda şahidi oluruq ki, kişi həyat yoldaşını öldürdü, qaynata gəlinini güllələdi, qardaş bacısını baltalıdı və s. Hesablamışam, elə gün olur ki, Azərbaycanda 7 qadın öldürülür, elə gün də olur ki, 2 qadın qətlə yetirilir. Orta hesabla günə 3-dən götürsək bir ildə 1000-dən artıq qadın bu və ya digər məsələnin qurbanına çevrilir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib. O bildirib ki, burada "Tik-Tok"un, Azərbaycanda çəkilən serialların da rolu var və bu məsələ ciddi şəkildə araşdırılmalıdır.
Deputat qeyd edib ki, əvvəllər buna şəhərdə daha çox rast gəlinirdisə, indi rayonlarda, kəndlərdə də belə hadisələr olur: "Rusiyadan qayıdıb gəlir, birinci həyat yoldaşını öldürürür. Və ya başqa yerə çıxıb gedir, ailəsi ilə maraqlanmır, evə qayıdanda birinci qardaşını və bacısını öldürür. Bu hallar hər kəsi düşündürməli və qarşısı alınmalıdır. Bu pis nəticəyə gətirib çıxarır. Televiziya kanallarında bunu tərənnüm edən seriallara son qoyulmalıdır. Bilməyənə də yolunu göstərirlər".
Anar Kəlbiyev