“MİLLİ ŞURA” İDEYASI
20:32 23-04-2013
CƏMİYYƏT
“MİLLİ ŞURA” İDEYASI
Tahir Abbaslı: “Səmimiyyət olmasa, bu ideya reallaşmayacaq”
Hazırda müxalifət birliyin yeni formatını ortalığa atıb və bu başdan qeyd edək ki, bu format o qədər də nikbinliklə qarşılanmayıb.
AİDP sədri Tahir Abbaslı Azərbaycan Ziyalılar Formunun liderlərindən biri olan Rüstəm İbrahimbəyov tərəfindən gündəmə gətirilən “milli şüra” ideyasına münasibət bildirərkən “Unikal”a deyib: “Hər bir ideyanın əsasında səmimiyyət durmalıdır. Belə olmasa onun reallaşacağı mümkün deyil. Üstəlik Azərbaycanda demokratik dəyişiklik istəyən qüvvələrə inamsızılıq yarandığından irəli sürülən hər hansı ideya şübhə ilə qarşılanır”.
AİDP sədrinin fikrincə, “Milli şura” ideyası lazımlı ideyadır və Azərbaycanın bu günkü durumu ilə səsləşir. Amma bunu təklif edən şəxs və onun təmsil olunduğu düşərgə ilk addımlarda ortalığa süəmimiyyət, dürüstlük qoymadığından xalq tərəfindən dəstəklənəcəyi gözlənilən deyil: “Rüstəm müəllimin hakimiyyətdən incik düşəndən sonra fəallaşması isə ideyanın formalaşmasına mane olan amillərdəndir”.
T.Abbaslı bildirib ki, özünü ana müxalifət adlandıran qüvvənin də bu ideyaya qoşulacağını gözləmir: “Bunu yaxın tarixin təcrübəsi göstərir. İllər boyu öz arasında birləşə bilməyənlərin Milli Şura ideyası ətrafında birləşəcəyi real görünmür”. T.Abbaslı deyirki, bu ideyanın reallaşması üçün milli ideologiyamızı təmsil edə bilən, məhəllə təfəkküründən uzaq, səmimi, siyasi oyunlarda orta və yumşaq mövqeyi olan, xalqın gələcəyinə istər daxili, istərsə də xarici siyasətdə istiqamət verə biləcək şəxslər bir araya gəlməlidir.
Mllət vəkili Jalə Əliyevanın “Unikal”a söylədiyinə görə, “Müxalifətin istənilən dəbdəbəli ad altında, formatda birləşməsi onsuz da onlara heç bir uğur, şans gətirməyəcək. Çünki 1993-cü, xüsusilə, 2003-cü ildən bu yana müxalifətin, əsasən də onun radikal, barışmaz cinahının Azərbaycan cəmiyyəti içərisində ciddi dayağı, sosial bazası, nüfuzu yoxdur”.
Millət vəkilinin dediyinə görə, “Əvvəla, əgər “El” hərəkatı nüfuzlu, çəkili və perspektivli bir siyasi qurum olsaydı, o zaman ən azı E.Namazovun özünün təmsil olunduğu Ziyalılar Forumunun digər simaları - bir-iki nəfəri çıxmaq şərtilə - adıçəkilən təşkilata üzv olardılar. Deməli, Ziyalılar Forumu adlanan qurumun üzvləri də fərqindədirlər ki, “El”in hansısa bir perspektivi, uğura hesablanmış gələcəyi yoxdur. Onlar bunu birbaşa dilə gətirməsələr də, dolayısı ilə öz mətbu açıqlamalarında büruzə verirlər. Bundan sonra “El”-in təşkilatçılarının iddialarına rəğmən, həmin qurumun hansı uğurundan söhbət gedə bilər?!
Həm də hərəkat ona deyilir ki, orada ən azı bir neçə partiya, qeyri-hökumət təşkilatı və sair təmsil olunsun. Ancaq “El” bu sarıdan da çox şanssızdır. İndiyə qədər orada hansısa siyasi partiya və qeyri-hökumət təşkilatının iştirakına, təmsilçiliyinə, ən azı kimlərinsə buna işarə vurmasına rast gəlinməyib...”
J.Əliyeva eyni zamanda, Ziyalılar Forumu və “El” hərəkatı yaratmaqla heç bir uğura nail ola bilməyən E.Namazovla R.İbrahimbəyovun indi də Milli Şura adlı amorf qurum yaratmaq cəhdlərinin səmərəsiz və effektivsiz olacağı qənaətindədir.
“Rüstəm İbrahimbəyov tanınmış yazıçıdır, kinossenaristdir, bir sıra ünlü əsərlərə imza atıb. Amma o, siyasətçi, siyasət adamı deyil. Yaxşı olardı ki, o özü də nəhayət, bunun fərqinə varaydı.
Yəni, demək istəyirəm ki, hansı cəhdlər göstərmələrinə baxmayaraq, onunla Eldar Namazovun siyasi proseslərdə ciddi uğur qazanacağı mümkünsüzdür. Onların “El” təşkilatının aqibətini eynilə də Milli Şura - hətta, yaransa, belə - yaşayacaq...”-deyə, millət vəkili sonda əlavə edib.
Natiq Oruclu
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22