Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniya Baş nazirninin milli təhlükəsizlik məslələri üzrə müşaviri Tim Barrou ilə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov "X" hesabında paylaşım edib.
"Azərbaycan və Böyük Britaniya arasında mükəmməl ikitərəfli münasibətlər, eləcə də geniş spektrli regional məsələlər, Azərbaycan-Ermənistan münasibətlərində irəliləyiş və Azərbaycanın qarşıdan gələn iqlim sammitinə - COP29-a ev sahibliyi etməsi barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev və Böyük Britaniyanın Milli Təhlükəsizlik müşaviri Tim Barrou arasında çox məhsuldar və canlı söhbət baş tutudu", - azərbaycanlı diplomat paylaşımında bildirib.