Müğənni Murad Arif "Mən müsəlman deyiləm" açıqlamasından sonra tənqid olunması ilə bağlı açıqlama yayıb.
"Unikal" xəbər verir ki, ifaçı ona "iblis" deyənlərə belə cavab verib:
"Mənə ateist, şeytan, iblis, kafir deyənlər,
Siz heç bilirsinizmi, mənim Allaha, Yaradana, Uca Tanrıya sevgim nə qədərdir?!
Siz əminsiniz ki, məndən yaxşı insansınız və məndən çox xeyirxahsınız? Mən məgər sizin inancınıza qarışırammı? Mən məgər sizə ağıl öyrədib, yol göstərirəmmi? Mən məgər sizi qınadımmı? Niyə kimsənin azad düşüncəsinə bu qədər dözümsüzsünüz? Söhbət açılıbsa, birdəfəlik söyləyirəm, bilin!
Allaha inanıram və onu sevirəm.
Sadəcə olaraq mən bu inancı, bu sevgini heç bir dində və heç bir qeyri dildə ifadə etmirəm. Namaz qılmır, oruc tutmur, müqəddəs kitablardan dualar, cümlələr əzbərləmirəm.
Lakin, gecə gündüz Onunla danışır, Onu hiss edir, Ona hesabat verirəm... Bunun, bu həyat tərzinin nə Xristianlıq, nə İslam, nə Buddizm nə də Iudaizmə aidiyyatı yox.
Bu yalnız mənim və Allahın arasında olan bağ, sevgi və ünsiyyətdir.
Özünüzü suçsuz, günahsız və qüsursuz deyilsinizsə, susun və qınamayın".