"İşğaldan azad olunmuş ərazilərdə 26 məntəqə üzrə 23 mindən artıq seçici səs verə biləcək. Hər məntəqəyə təxminən 800-900 nəfər seçici düşür. Bundan əlavə, işğaldan azad olunmuş ərazilərdəki siyahılar dəqiqləşdiriləcək".
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
O bildirib ki, Azərbaycanın istənilən vətəndaşının adı ona uyğun olan ərazidə fəaliyyət göstərən seçki məntəqəsindəki siyahıya daxil edilməyibsə, MSK-ya müraciət edə bilər.
MSK sədri əlavə edib ki, xarici ölkələrdə yaşayan vətəndaşların səs verməsi üçün konsulluqlara və səfirliklərə göstərişlər verilib.