"Xankəndiyə çox böyük qürur hissi ilə gedirik".
"Unikal" xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İctimai televiziyaya müsahibəsində deyib.
"Baxmayaraq ki, öz yerli kubok oyunumuzdur, amma böyük sevgi ilə gedirik. Dünəndən məşqdə komandada əhval-ruhiyyə çox yaxşdıır. Çox istərdik ki, bu oyun futbolu gələcək üçün daha da sevdirsin və buna inanıram. Oradakı oyun vaxtı daha qürurlu olacağıq. Bir daha cənab Prezidentə, Ordumuza, əsgərlərimizə təşəkkür edirik", - deyə Qurbanov qeyd edib.
Qeyd edək ki, dekabrın 21-i Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qarabağ” - MOİK görüşü Xankəndi şəhər stadionunda keçiriləcək. Qarşılaşma saat 14:00-da start götürəcək.