İsmayıllıda ailə-məişət zəminində oğul atasına bıçaqla xəsarət yetirib.

"Unikal"ın məlumatına görə, 1994-cü il təvəllüdlü  İsmayıllı şəhər sakini Emin Maarifli aralarında yaranan mübahisə zamanı 53 yaşlı atası Sübhan Dadaşovu bıçaqlayıb. S.Dadaşov xəstəxanaya  yerləşdirilib.

Emin Maariflinin hadisəni törədən zaman sərxoş olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində E.Maarifli  saxlanılıb.

Müvafiq ekspertiza təyin olunub və faktla bağlı araşdırmalar davam etdirilir.

Murad İbrahimli