Dekabrın 15-17-si Diaqnoz Tibb Mərkəzinin Radioloqu Könül Məmmədova, Mammoloqu Kəmalə Rəhimova Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “12-ci Beynəlxalq Süd Vəzi” Konqresində iştirak ediblər.

"Unikal" xəbər verir ki, dekabrın 17-si Diaqnoz Tibb Mərkəzinin Terapevt-Hepatoloqu Dr. Sevinc Abasova “13-cü Beynəlxalq Qastroenterologiya, IBD & Hepatologiya” konfransında “Effectiveness of the α-tocopherol, ursodeoxycholic acid, and AZHEPOFIT phyto-complex against the statin model of drug-induced hepatitis” mövzusunda çıxış edib.

Yüksək səviyyədə təqdimatına görə Dr. Sevinc Abasovaya Konfrans təşkilatçılarından təşəkkür məktubu ünvanlanıb.