Şirvan şəhərində yol qəzası baş verib, mikroavtobus qaldırıcı krana çırpılıb, hadisə zamanı xəsarət alanlar olub.

"Unikal" xəbər verir ki, hadisə bu gün Şirvan-Salyan avtomobil yolunun Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsi ərazisində qeydə alınıb. Qəza zamanı mikroavtobus yolun kənarında dayanan qaldırıcı krana çırpılıb. Hadisə nəticəsində xəsarət alanlar Könül Əliyeva, Mətanət Sadıqova, Rəfiqə Məmmədova, Söhbət Kərimov Şirvan şəhər Mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

*** 19:12

Şirvanda mikroavtobus qaldırıcı krana çırpılıb.

"Unikal" xəbər verir ki, nəticədə 6 nəfər müxtəlif bədən xəsarətləri alıb. Hadisə Salyan-Şirvan avtomobil yolunun Hacıqəhrəmanlı kəndi ərazisindən keçən hissəsində baş verib. 

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.