Bu gün Bakı Sağlamlıq Mərkəzi və Azərbaycan Qastroenteroloq və Hepatoloqları İctimai birliyinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

"Unikal" xəbər verir ki, konfrans Bakı Sağlamlıq Qaraciyər Xəstəlikləri Mərkəzinin rəhbəri, t.ü.f.d., hepatoloq, Azərbaycan Qastreonteroloq və Hepatoloqları İctimai Birliyinin prezidenti, Dr. Gülnarə Ağayevanın açılış nitqi ilə başlayıb.

Qaraciyər və mədə bağırsaq xəstəliklərinin aktual problemlərindən bəhs edən konfransda Bakı Sağlamlıq Mərkəzinin hepatoloqu Səltənət Məhərrəmzadə, Şağan Reabilitasiya Pansionatının qastroenteroloqu Leyla Məmmədli, Milli Onkologiya Mərkəzinin qastroenteroloqu Nigar Əliyeva və FHN Tibb Mərkəzinin qastroenteroloqu Nigar Pənahova tibbin son yeniliklərini özündə əks etdirən faydalı mövzular ilə çıxışlar ediblər.