SOCAR-ın "Azəriqaz" İB-dən abonentlərə xəbərdarlıq: Ödəniş sistemlərinin fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq
İstehsalat Birliyindən "Unikal"a verilən məlumata görə, internet şəbəkəsi infrastrukturunda profilaktik işlərin görülməsi planlaşdırılır:
"Bu səbəbdən həmin müddət ərzində SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyət üçün açıq olan bütün resurslarının, veb-səhifənin, elektron poçt və VPN xidmətlərinin, həmçinin ödəniş sistemlərinin fəaliyyəti müvəqqəti olaraq dayanacaq.
Verilən məlumata görə profilaktik işlərin bu gün (21.12.2023 tarixində) saat 21:00-dan etibarən bir neçə saat ərzində davam etməsi nəzərdə tutulur.
Abonentlərdən mövcud vəziyyəti nəzərə almalarını xahiş edirik".