Ukraynanın keçmiş prezidenti, Avropa Həmrəyliyi Partiyasının sədri Pyotr Poroşenko ölkəni tərk etmək cəhdindən əvvəl Macarıstan hakimiyyətindən pul alıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. 

Qeyd olunur ki, Poroşenko Macarıstan Maliyyə Nazirliyindən 37 milyon qrivna alıb. Bu məbləğ siyasətçinin bəyannaməsində yer alıb. Hesabat onu faizlərdən və istiqrazların ödənilməsindən əldə edilən gəlir kimi göstərir. Vəsait noyabrın 24-də hesaba daxil olub.

Poroşenko dekabrın 1-də ABŞ və Polşaya buraxılmayıb. Onun sözlərinə görə, sərhədçilər bu qərarı Ukrayna lideri Volodimir Zelenskinin ofisinin göstərişi əsasında qəbul ediblər. Üstəlik, ötən il Ukraynanın keçmiş prezidenti artıq dövlət ərazisini tərk etmək problemi ilə üzləşib. Sərhədçilər Poroşenkoya iki dəfə sərhədi tərk etməyə icazə verməyiblər. Lakin üçüncü cəhddə ölkənin keçmiş lideri yenə də Avropaya səyahət getməyi bacarıb.

Nuranə Abbasova