Bakıda avtomobil qaçırılıb.

"Unikal" xəbər verir ki, Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindən “VAZ-2102” markalı avtomobilin qaçırılması barədə daxil olan məlumatla əlaqədar polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şirvan şəhər sakini Ceyhun Hacıyev dekabrın 21-də Şirvan şəhəri ərazisində saxlanılıb.

Araşdırma aparılır.